Sual / Cavab

?

Silvadepreksin əlavə təsirləri vardırmı?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

Bitki ekstraktları əsasında hazırlanmış “Silvadepreks” baş beyində “xoşbəxtlik hormonları” adlandırılan serotoninin, noradrenalinin və dofaminin konsentrasiyasını təbii olaraq artırır, əhvalın yaxşılaşmasına, həyəcanın və narahatlığın azalmasına kömək edir. Bununla yanaşı yuxululuq, alışqanlıq yaratmır və ləğvetmə sindromuna səbəb olmur. “Silvadepreks” preparatının əlavə təsirləri yoxdur, orqanizm tərəfindən yaxşı keçirilir, böyüklərə və 14 yaşdan yuxarı uşaqlara səhərlər 1-2 kapsul tövsiyə edilir.

?

“Nefrosan balzam”ın tərkibinə daxil olan mərcanı sidik yollarının sağlamlığına necə təsir edir?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

Nefrosan balzamın tərkibinə Latviyanın bataqlıq mərcanı bitkisi daxildir, bu bitkinin tərkibində yüksək miqdarda proantosianidlər (100% təbii şirə) vardır, onlar sidik yollarının selikli qişasını patogen bakteriyalardan qoruyurlar.
Mərcanı bitkisindən böyrəklərin və sidikçıxarıcı yolların bir çox iltihabi xəstəliklərinin kompleks müalicəsində istifadə edilir.

?

Zökəm zamanı Rinogelspreyin təsiri nədən ibarətdir?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

Rinogelsprey – unikal su-gel əsasında hazırlanmış təbii məhsuldur, üçlü təsirə malikdir – rinitin simptomlarını yüngülləşdirir, törədicilərlə mübarizə aparmağa kömək edir, selikli qişanı bərpa edir.
Bütün ailə üzvləri və artıq 3 yaşdan etibarən uşaqlar üçün uyğundur. İstifadə müddətində məhdudiyyət yoxdur.

?

“Atmosil” preparatını uzunmüddətli və ya xroniki öskürək zamanı qəbul etmək olarmı?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

“Atmosil” öskürəklə müşayiət olunan respirator xəstəliklər, o cümlədən uzunmüddətli və xroniki öskürək zamanı effektivdir. “Atmosil” preparatının tərkibindəki təsiredici maddələr tənəffüsü yaxşılaşdırır, iltihabın azalmasına və bəlğəmin asan çıxarılmasına kömək edir, habelə ağciyər xəstəliklərinin xroniki formaya keçməsinin qarşısını alır1. Tez-tez baş verən, öskürəklə müşayiət olunan soyuqdəymə xəstəliklərinə meyllilik, ağciyərlərin və bronxların funksiyalarının çatışmazlığı ilə əlaqədar olan zəiflik və nasazlıq hallarında “Atmosil” böyüklərə və 14 yaşdan yuxarı uşaqlara, o cümlədən zərərli iş şəraitində çalışan insanlara, siqaret çəkənlərə və meqapolis sakinlərinə tövsiyə edilir.

1. 2014-cü ildə aparılmış müşahidələr ASTMOSİL preparatının effektiv təsirə malik olduğunu göstərmişdir. I.Grisle, G.Vasiljeva, I.Petersone, L.Barkane. Lower respiratory tract infections - problems and solutions. Latvijas arsts. 2014 (11), 51 -56.səh.

?

Venaların varikoz genişlənməsi zamanı “Venokaps forte” digər venatonuslandırıcılardan nə ilə fərqlənir?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

Digər venatonuslandırıcılardan fərqli olaraq, “Venokaps forte” preparatının tərkibinə 5 fəal komponent (at şabalıdının, ginkqo bilobanın, yaşıl çayın, şam ağacı qabığının ekstraktları və kversetin flavanoidi) daxildir, onlar bir-birini tamamlayır və kompleks şəkildə təsir göstərirlər: venatonuslandırıcı, iltihab əleyhinə və tromb əleyhinə. “Venokaps forte” digər vasitələrlə birlikdə kompleks müalicənin tərkibində istifadəyə uyğundur və əlavə təsirləri yoxdur. “Venokaps forte” preparatının gündə 1 kapsul olmaqla 2 ay ərzində rahat qəbulu venaların sağlamlığını təmin edir.

?

"Farinqosprey” məhsulunun sintetik spreylərdən və ya aerozollardan fərqi nədədir?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

Sintetik spreylərdən və ya aerozollardan fərqli olaraq Farinqosprey – 3 natural yağın kombinasiyası əsasında hazırlanmış orijinal, 100% təbii məhsuldur. Boğazda həm virus, həm də bakteriya mənşəli iltihab və ağrı ilə mübarizə aparmağa kömək edir.  Tərkibində təbii komponentlərin olması onu artıq 2 yaşdan etibarən uşaqlara təyin etməyə imkan verir ki, bu da həmçinin, preparatın təhlükəsiz olduğunu göstərir. Tərkibində spirt, şəkər, qaz-daşıyıcı və konservantlar yoxdur. Hamilə və əmizdirən qadınlar üçün uyğundur.

?

“Silvanols” şirkətinin məhsulları sertifikatlaşdırılmışdırmı?

Cavab verdi: “Silvanols” şirkətinin mütəxəssisi

“Silvanols” şirkətinin məhsullarının keyfiyyətini və etibarlılığını ISO 22000:2006, ISO 13485:2012 sertifikatları, habelə Avropanın GMP keyfiyyət standartlarına ciddi uyğun olması sübut edir. “Silvanols” şirkətinin məhsulları təbii komponentlərdən istehsal edilir, tərkibində laktoza və qlüten, süni rəngləyicilər, aromatizatorlar və konservantlar yoxdur.