Məqalələr

Təbiətin müalicəvi gücü öskürəyə qarşı

Öskürək qoruyucu rol oynayır – nəfəsvermə zamanı kəskin təkan hərəkətləri nəticəsində tənəffüs yollarına düşmüş yad hissəciklər bayıra atılır. Lakin iltihab prosesi zamanı qıcıqlandırıcılar (məsələn, bəlğəm) fasiləsiz olaraq təsir edir və tənəffüs yollarındakı öskürək reseptorlarını daima stimullaşdıraraq öskürəyə səbəb olur.

Öskürək — bakterial və virus mənşəli bir çox xəstəliklərin: traxeitin, bronxitin, pnevmoniyanın, bronxial astmanın, sinusitin, faringitin və digərlərinin çox rast gələn müşayiətçisidir. Uşaqlarda öskürək qızılcanın və göy öskürəyin simptomu ola bilər, böyüklərdə isə çox zaman peşə amillərinin zərərli təsiri və ya siqaret çəkmə nəticəsində yaranır.


Öskürəyə necə qalib gəlmək olar?


İlk növbədə həkimə müraciət etmək lazımdır, həkim öskürəyin səbəbini müəyyənləşdirəcək və müalicə təyin edəcəkdir. Lakin bu o demək deyildir ki, öskürəyi ev şəraitində müalicə etmək mümkün deyil.

Öskürəyə necə qalib gəlmək olar?

• Birincisi, vaxtınızın əksər hissəsini keçirdiyiniz otağı tez-tez havalandırmaq, otağın havasını nəmləndirmək lazımdır. Bu məqsəd üçün batareyaların üzərinə yerləşdirilmiş nəm dəsmallar münasibdir. Həddən artıq qurumuş hava tənəffüs yollarını əlavə olaraq qıcıqlandırır və öskürəyi gücləndirir.

• İkincisi, xeyli miqdarda ilıq maye qəbul etmək lazımdır. Çayınıza zəncəfil, bal və limon (əgər bu maddələrə qarşı allergiyanız yoxdursa) əlavə etsəniz çox yaxşı olar. Bu tədbir bir tərəfdən intoksikasiya simptomlarını azaltmağa, digər tərəfdən isə — bəlğəmin yumşalmasına kömək edir və bəlğəmin çıxarılmasını asanlaşdırır.

• Üçüncüsü, siqaretdən imtina etmək (heç olmasa müvəqqəti).

• Dördüncüsü, mentol və nanənin efir yağları əlavə edilmiş inhalyasiyalar etmək. Bu, tənəffüs yollarının spazmını aradan qaldırır və tənəffüsü asanlaşdırır.

• Nəhayət, vitamin əlavələrindən istifadə də faydalıdır.


Uzun müddətli öskürəklə necə mübarizə aparmaq olar?


3 həftədən artıq davam edən uzunmüddətli öskürək prosesin xroniki hala keçməsindən xəbər verir. Aydındır ki, orqanizmin soyuqdəymə xəstəliyinə vaxtında qalib gələ bilməməsinin və xəstəliyin uzun müddət davam etməsinin səbəbi immun sistemin zəifləməsidir. Bu vəziyyətdə mütləq həkimə müraciət edin!

Uzun müddətli öskürəyi nə ilə müalicə etmək olar? Yuxarıda təsvir edilmiş tövsiyələr və həkim təyinatlarını immunitetin möhkəmləndirilməsi və qorunması üzrə tədbirlərlə (məsələn, immunmodulyasiyaedici təsirə malik olan bitki mənşəli vasitələrdən istifadə) tamamlamaq lazımdır — bu, uzun müddət davam edən öskürəyi daha tez müalicə etməyə kömək edər. Lakin istənilən halda yadda saxlamaq lazımdır ki, uzun müddətli öskürəyin müalicəsi üçün 2 həftə və daha çox müddət tələb oluna bilər.


Öskürək əleyhinə təbii resept


Müalicə tədbirləri kompleksində öskürək əleyhinə bitki mənşəli vasitələr mühüm yer tutur.

Təbii mənşəli vasitələr öskürəyin bütün növlərində kömək edir: onlar iltihab əleyhinə, bəlğəmgətirici, bronxgenəldici təsir edir. Daha bir mühüm xüsusiyyət — bitki preparatları bronxların və öskürək reseptorlarının qıcıqlanmasını azaldır, bununla da öskürək refleksinin azalmasına səbəb olaraq, bu əzabverici simptomdan xilas edir.

Bu cür vasitələrə “Atmosil”i aid etmək olar, “Atmosil” — iltihab əleyhinə təsirə malik olan güclü təbii kompleksdir. “Atmosil”in tərkibinə allergiya əleyhinə, iltihab əleyhinə və bronxolitik xüsusiyyətlərə malik olan müxtəlif bitki ekstraktları daxildir:

• şam ağacı tənəffüsü asanlaşdırır və tənəffüs yollarının selikli qişasına yumşaldıcı təsir edir, burun tutulmasını aradan qaldırmağa və rahat nəfəs almağa kömək edir;

• bosveliya qatranı ağciyərlərin sağlamlığını qoruyur; təbii antileykotriendir, selikli qişanın ödemini azaldır və öskürəyi yüngülləşdirir;

• gözotu bəlğəmin yumşalmasına kömək edir və burun-udlağın selikli qişasının qıcıqlanmasını azaldır;

• sarmaşıq ekstraktı bronxların və ağciyərlərin funksional vəziyyətini normallaşdırır, hayxırmanı asanlaşdırır, bəlğəmi çıxarır;

• passiflora antibakterial təsir göstərir və virus infeksiyalarından müdafiə edir.

Bundan əlavə, “Atmosil”in tərkibində kversetin və likopen vardır: bunlar iltihab əleyhinə və immunstimullaşdırıcı təsirə malik olan bitki mənşəli güclü antioksidantlardır. 


Bəs uzun müddət davam edən öskürəyi nə ilə müalicə etmək lazımdır?


“Atmosil" preparatı öskürəyin istənilən növündə kömək edir: kəskin və uzunmüddətli, bəlğəmli və quru. .

Məsələ burasındadır ki, bitki kompleksi olan “Atmosil” soyuqdəymə nəticəsində yaranan öskürəyin bütün mexanizmlərinə təsir edir:

• bronxları genəldir;

• bəlğəmi yumşaldır və onun çıxarılmasını asanlaşdırır;

• iltihabla mübarizə aparır;

• immuniteti möhkəmləndirir;

• ümumi sağlamlaşdırıcı təsir göstərir.

Lakin öskürək əleyhinə vasitələri yalnız həkim təyinatı üzrə qəbul etmək olar. Məsələn, məşhur rus klinisisti Q.A.Zaxarin öz əsərlərində yazırdı ki, əgər xəstə qadın bəlğəmsiz öskürürdüsə və bu zaman xırıltı yaranırdısa, “...kodein, opium və ya morfin vermək...” lazım idi. Kodein öskürək əleyhinə müasir vasitələrin tərkibinə daxildir. Bu cür preparatlar tənəffüs refleksini zəiflədir və bəlğəmli öskürək zamanı onların qəbulu ciddi ağırlaşmalarla nəticələnə bilər.

Bu cür risk etməkdənsə, “Atmosil” kimi öskürək əleyhinə təhlükəsiz və təsirli bitki mənşəli vasitələrin qəbuluna tez başlamaq daha yaxşıdır.

Опыт применения