Məqalələr

Depressiya. Nə etməli?

Hazırda belə bir fikir yayılmışdır ki, depressiya – sivilizasiyanın inkişafının mütləq müşayiətçisidir. Bu fikir həqiqətə bənzəyir: müasir həyatın ritmi insana qarşı yüksək tələblər irəli sürür və xroniki stress yaradır. Depressiyaya qalib gəlmək üçün nə etmək lazım olduğunu bu materialda oxuya bilərsiniz.


Anlayışları araşdıraq


Depressiya anlayışı zəiflik, həyata bədbin baxış və reallığın qəmgin qavranılması ilə birlikdə əhvalın enməsi deməkdir. Hippokrat bu cür vəziyyəti melanxoliya adlandırırdı.

XIX əsrin ortalarında psixiatrlar depressiyaya xəstəlik kimi yanaşmağa başladılar və depressiv üçlüyü təsvir etdilər:

• qəmli əhval;

• təfəkkürün ləngiməsi;

• hərəkətlərin ləngiməsi.

Digər simptomlar — iştahanın pisləşməsi, yuxunun pozulması, həyata marağın olmaması, özünə dəyər verməmək, lakin ən təhlükəlisi – depressiyada olan şəxslərin 2/3 hissəsində intihar barədə düşüncələr olur, 15%-i isə intihara cəhd edir. Mütəxəssislər qeydə almışlar ki, hazırda depressiyaya hətta yeniyetmələrdə və uşaqlarda da rast gəlmək olar. Depressiyaya necə qalib gəlmək olar?


Depressiyanın risk amilləri


• Qadın cinsi

• Doğuşdan sonrakı dövr

• İrsi meyl

• Keçmişdə depressiya epizodları və intihara cəhdlər

• Xronik somatik xəstəliklər

• Həyat vəziyyətlərinin stress dəyişiklikləri

• Alkoqolizm və ya dərman asılılığı


Mən depressiyadayam. Nə etməliyəm?


İlk növbədə dərk etmək lazımdır ki, sizdə və ya yaxınlarınızda əhvalın enməsinin səbəbi — sadəcə pis əhval deyil, məhz depressiyadır. Bu — yardım almaq üçün ilk addımdır. İkincisi — depressiya haqda o zaman danışmaq olar ki, simptomlar ən azı 2 həftə davam etmiş olsun.


Təkbaşına depressiyanın öhdəsindən necə gəlmək olar?


Təəssüf ki, əksər hallarda insan özü təkbaşına depressiv pozuntunun öhdəsindən gələ bilmir. Ən azı, qohumların və dostların dəstəyi və köməyi lazımdır, lakin ən yaxşı variant həkimə müraciət etməkdir. Axı depressiya — sadəcə pis əhval deyil — baş beyində neyromediator mübadiləsinin pozulması ilə müşayiət olunan ağır patoloji prosesdir. İradə nə qədər güclü olursa olsun, lakin onların balansını təkbaşına, tibbi yardım olmadan bərpa etmək çox çətindir. Əgər sizdə və ya yaxınlarınızda depressiya varsa, nə etmək lazımdır və necə kömək etmək olar?


Bitki mənşəli antidepressantların faydası haqqında


Hazırda bütün dünyada həm psixiatrlar, həm də xəstələr bitki mənşəli antidepressantlara və depressiyanın qeyri-dərman müalicə metodlarına üstünlük verirlər.

Fitoterapiyanın əsas üstünlükləri — nisbi təhlükəsizliyi, orqanizm tərəfindən yaxşı keçirilməsi və kifayət qədər müalicəvi effektə malik olmasıdır. Təbii mənşəli bir vasitə xəstəliyin mexanizminə və simptomlarına təsir edə bilər.

Bitki mənşəli antidepressantlar sakitləşdirici, həyəcan əleyhinə, tonuslandırıcı, nootrop təsir göstərirlər.

Kompleks təsirə malik olan “Silvadepreks” preparatı — yaxşı seçimdir, onun tərkibinə müstəsna olaraq bitki ekstraktları daxildir: dazıotu və yonca, çəhrayı rodiola kökləri, pişikotu, öküzboğan, muira puama kökləri.

“Silvadepreks” nəinki həyəcanı və narahatlığı azaldır, həm də “xoşbəxtlik hormonlarının” —serotonin və dofaminin yaranmasını stimullaşdırır. Bitki mənşəli bu antidepressant stressə qarşı davamlılığı artırır, emosional fonu yaxşılaşdırır, “xoşbəxtlik hormonları” sayəsində isə — həyata maraq qayıdır və əhval-ruhiyyə yüksəlir.

Böyüklərə və 14 yaşdan yuxarı yeniyetmələrə “Silvadepreks” preparatını hər səhər 1-2 kapsul qəbul etmək tövsiyə olunur. Preparatın qəbuluna göstərişlər:

• yüngül və orta dərəcəli depressiya;

• emosional fonun enməsi, habelə əhvalın kəskin dəyişmələri;

• xroniki yorğunluq sindromu;

• narahatlıq və həyəcan;

• klimaks dövrü.

“Silvadepreks” kimi bitki mənşəli antidepressantlar balanslaşdırılmış təsir göstərir və həyat keyfiyyətini azaltmadan, orqanizm tərəfindən yaxşı keçirilmələri ilə fərqlənir.

Опыт применения