Məqalələr
Əvvəlki məqalə
Boğazda iltihabın, göynəmənin və ağrının  səbəbləri

Boğazda iltihabın, göynəmənin və ağrının səbəbləri

Boğaz xəstəlikləri müxtəlif səbəblərdən yarana bilər. Çox zaman xəstəlik bakteriya və ya virus infeksiyasının nəticəsi olur. Bundan əlavə, hərarətin yüksəlməsi ilə müşayiət olunmayan boğaz xəstəlikləri selikli qişaları qıcıqlandıran maddələrin təsirindən, allergiya və ya həddən artıq quru hava səbəbindən yarana bilər.



İnfeksion xəstəliklər



  • Virus xəstəlikləri
    Boğazda ağrının yaranmasına səbəb olan virus xəstəliklərinə qrip və KRVİ aiddir. Bu xəstəliklər zamanı çox vaxt iltihabi proses boğaza yayılır, göynəmə hissi və ağrı ilə özünü büruzə verir. Boğazın virus mənşəli bütün xəstəlikləri oxşar cəhətlərə malikdir. Qrip və KRVİ zamanı insan güclü zökəm və öskürəkdən əziyyət çəkir.

  • Bakterial xəstəliklər
    Ən çox yayılmış bakterial xəstəlik — sadə anginadır. Çox zaman anginanın törədicisi streptokok olur. Boğazın bakterial xəstəliklərinin ümumi simptomları – zəiflik, boğazda ağrı və göynəmə hissi, qırtlağın və badamcıqların ödemi və bir qayda olaraq – hərarətin yüksəlməsidir.

  • Göbələk xəstəlikləri
    Göbələk xəstəlikləri — Mayayabənzər və kif göbələklərinin fəal çoxalmasının nəticəsidir. Boğazın göbələk xəstəlikləri və ya mikozlar çox vaxt angina, faringit və ya laringit şəklində özünü büruzə verir.


Boğazın əsas infeksion xəstəliklərinin simptomları və müalicəsi



KRVİ


Çox güman ki, bu xəstəlik boğaz ağrısının ən çox yayılmış səbəbidir. Kəskin respirator virus infeksiyaları (KRVİ) üçün boğazda quruluq, göynəmə hissi və ağrı, səsin tutulması, zökəm, bəzən həm də asqırma və öskürək səciyyəvidir. Temperatur çox nadir hallarda 380С - dən yüksək olur. Bu halda antibiotiklər tamamilə təsirsizdir, çünki onlar bakteriyalarla mübarizə üçün nəzərdə tutulmuşdur, KRVİ isə viruslar tərəfindən törədilir.


Angina


Yüksək temperatur (400С-dək) və boğazda çox güclü ağrı ilə xarakterizə olunur. Qırtlaq qızarmış və iltihablaşmış olur. Badamcıqlar iltihablaşmış və ağ ərplə örtülmüş olurlar. Anginanı çox zaman – oynaqlarda ağrı və miqren müşayiət edir. Bunu bilmək çox vacibdir ki, angina antibiotiklərlə müalicə olunur! Unutmayın ki, müalicə olunmamış angina çox ciddi fəsadlara səbəb ola bilər, buna görə də, bu xəstəliyə şübhə yarandıqda dərhal həkimə müraciət edin. Anginada yataq rejimi, yumşaq və sürtgəcdən keçirilmiş qida və bol miqdarda maye qəbulu tövsiyə olunur.


Faringit


Faringitin fərqləndirici xüsusiyyətləri boğazda quruluq, quru öskürək, göynəmə, qırtlaqda udqunma zamanı və ağzı geniş açmağa cəhd etdikdə güclənən deşici ağrı, habelə boğazda topa qalması hissidir. Boğazın selikli qişaları qızarmış və iltihablaşmışdır.


Laringit


Qırtlağın və səs tellərinin iltihabıdır. Laringitin əsas əlaməti — “hürücü”  öskürək , xırıltılı boğuq səs və ya səsin tamamilə batmasıdır.  Laringit çox zaman boğazda cızıcı ağrı hissi ilə müşayiət olunur. Xəstəlik öskürəklə müşayiət olunur - əvvəlcə quru, daha sonra isə bəlğəmli öskürək. Xroniki laringit təkcə bakteriyalar səbəbindən deyil, həm də digər amillərin  təsirindən – səsin həddən artıq gərginləşməsindən, siqaret çəkməkdən, aşındırıcı maddələrin təsirindən yaranır.


Tonzillit


Bu ad altında damaq badamcıqlarının iltihabı gizlənir. Boğazda kəskin ağrı, hərarət, badamcıqların böyüməsi və onların üzərində irinli ərpin olması, ağızdan pis qoxunun gəlməsi – bu boğaz xəstəliyinin əsas simptomlarıdır. Tonzillit çox zaman viruslar tərəfindən törədilir, halbuki streptokok infeksiyası səbəbindən yaranan bakterial tonzillitlər də olur.


Profilaktikası


İnsan özünü boğaz xəstəliklərindən tam təcrid edə bilməz, lakin riski minimuma endirmək tamamilə mümkündür.


Siqareti tərgidin. Siqaret çəkmək boğazın və burun-udlağın selikli qişasını zəif və xəstəliklərə qarşı həssas edir (siqaret çəkməyin onkoloji xəstəliklərin inkişafına şərait yaratması isə hamıya məlumdur).


Qida rasionunuzu zənginləşdirin.  Siz nə qədər çox müxtəlif məhsullar istifadə etsəniz, hansısa vitaminləri və mineralları qəbul etməmək ehtimalınız bir o qədər az olacaqdır. Tərkibində C vitamini olan məhsullardan daha çox istifadə etməyə çalışın – bu, güclü antioksidantdır və immun sistemi möhkəmləndirir.


Havanı nəmləndirin.  İsitmə mövsümündə mənzillərimizdəki hava həddən artıq quru olur. Həddən artıq quru hava boğazı qıcıqlandırır, selikli qişaların mikrotravmalarının yaranmasına səbəb olur – bu isə xəstəlik törədici bakteriyalar üçün yol açır. Sadə nəmləndirici, otaq fəvvarəsi və ya batareya üzərinə qoyulmuş nəm dəsmal evin mikroiqlimini yaxşılaşdıra bilər.


Əllərinizi tez-tez yuyun.  Alimlər müəyyən etmişdir ki, patogen bakteriyaların əksəriyyəti bizim orqanizmimizə yuyulmamış əllər səbəbindən daxil olur.

Vitaminlər qəbul edin.  Tez-tez baş verən QBB xəstəlikləri zamanı sizə immun sistemin fəaliyyətini yaxşılaşdıran komplekslər, habelə immunomodulyator preparatları lazımdır.


Havaya uyğun geyinin. Çox sadə, lakin yararlı bir məsləhətdir. Soyuqdəymə damarların daralmasına səbəb olur və selikli qişaların müdafiə baryerini pozur, halbuki soyuq özü-özlüyündə soyuqdəymə xəstəliklərinin yaranmasına səbəb olmur.


Uşaqlarda və böyüklərdə boğazda iltihabın, göynəmə hissinin və ağrının effektiv və kompleks müalicəsi üçün sprey şəklində olan bitki tərkibli vasitələr daha çox uyğundur.


Bu cür orijinal təbii spreylərdən biri boğazda ağrı və göynəmə hissinin müalicəsi üçün nəzərdə tutulmuş Farinqospreydir! Boğaz ağrısının yaranma səbəbindən asılı olmayaraq, Farinqospreyin tərkibinə daxil olan komponentlər xəstələnmiş boğazın müalicəsində hər zaman kömək edə bilər.


Farinqospreyin tərkibinə 3 növ natural yağ daxildir  – gülümbahar çiçəklərinin yağı, çaytikanı yağı və berqamot yağı.


Çaytikanı meyvələrinin faydası hələ çox qədimdən məlumdur.


Çaytikanı yağının tərkibinə flavonoidlər, üzvi turşular, A, C, E, P, F vitaminləri, habelə B qrupu vitaminləri, kumarinlər, fitonsidlər, mikroelementlər, pektinlər daxildir. Onun aşağıdakı əsas təsirləri vardır: bakterisid, epitelləşdirici, iltihab əleyhinə, sağaldıcı.


Gülümbahar yağı da qədimdən məlumdur.

  

Gülümbahar yağının tərkibinə aşağıdakılar daxildir: kumarin, triterpenoidlər – iltihab əleyhinə fəal maddələrdir, karotinoidlər -  A vitamininin sintezində əvəzedilməzdir, flavonoidlər – spazmolitiklərdir, sidik ifrazını stimullaşdırır, nəzərəçarpan bürüyücü təsir göstərirlər.


Gülümbahar çiçəklərinin yağının əsas müalicəvi effektlərinə iltihab əleyhinə güclü təsir, təkcə bakteriyalara deyil, həm də viruslara və göbələklərə  qarşı yönəlmiş bakterisid təsir, sağaldıcı təsir və nəzərəçarpan immunmodulyasiyaedici təsir aiddir.


Berqamot yağının çox gözəl ətri vardır, habelə antiseptik, iltihab əleyhinə xüsusiyyətlərə malikdir.


Farinqospreydən gündə 3 dəfə istifadə etmək lazımdır. Ağız boşluğunun və udlağın selikli qişasını örtən təbəqəni bərpa etmək üçün Farinqospreyi yemək və içki qəbulundan sonra təkrar püskürtmək tövsiyə olunur.


Preparatdan xəstəliyin əlamətləri keçib gedənədək istifadə edilir. Əgər preparatdan bir həftə ərzində istifadə etdikdən sonra xəstəliyin simptomları (boğazda diskomfort hissi, ağrı) keçib getmirsə, həkimlə məsləhətləşmək lazımdır.


Artıq 2 yaşdan etibarən uşaqlar, hamilə və əmizdirən qadınlar, böyüklər istifadə edə bilər.


Beləliklə, Siz qrip və KRVİ dövründə boğazı necə qorumaq və onun bərpa olunmasına necə kömək etmək barədə öyrəndiniz. Bu dövr ərzində vaxtlı-vaxtında aparılmış müalicə və profilaktika Sizin və yaxınlarınızın sağlamlığını təmin edəcəkdir!